Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Girdəni kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib

17 aprel 2025 | 11:20

    Aprelin 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Girdəni kənd  inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

  Taleh Qaraşov dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanmasının vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşmasının və dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsinin önəmi barədə danışıb.

    Yerli insanların qayğı və problemlərini dinləyən icra başçısı vətəndaş məmnunluğunun təmin olunmasının dövlət başçısı səviyyəsində  nəzarətdə olunduğunu vurğulayıb. Taleh Qaraşov bildirib ki, səyyar görüş-qəbulların keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.

  İcra başçısı qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini qeyd edib, səyyar görüşdə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan, ədalətlə qaldırılan bütün məsələlər yerindəcə həllini tapıb.

    Girdəni kəndinin sakinləri vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin inkişaf etməsinə, qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırılan məsələlərə operativ və obyektiv yanaşmanın göstərilməsinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Keçidlər