Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Gərmətük və Velədi sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib

07 dekabr 2023 | 11:16
     Dekabrın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
    Cari ildə keçirilən ilk görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verən Taleh Qaraşov bildirib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərə baxılması üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. İcra başçısı heç bir müraciətə biganə qalınmadığını, “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə əsasən hər bir vətəndaşın müraciətinin ciddi araşdırıldığını və qanunamüvafiq müddətdə cavabların verildiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar görüş-qəbullar insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasına xidmət edir.
   Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinləri fikir və istəklərini maneəsiz və könüllü şəkildə rayon rəhbərliyinə çatdıra bildiklərinə görə məmnun olduqlarını ifadə ediblər. Qarşılıqlı açıq dialoq şəklində keçirilən görüş-qəbulda yerli sakinlər onları narahat edən şəxsi və ümumi məsələləri icra başçısına çatdıra biliblər. Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri çıxışlarında məmur - vətəndaş münasibətlərindəki şəffaf mühitin yaradılmasına, habelə ölkədə sosial-iqtisadi inkişafın təmin olunmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.
Keçidlər