Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov daha bir ucqar dağ kəndi olan Tüədoda növbəti səyyar qəbul keçirib

06 iyul 2023 | 09:17

    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü ucqar dağ kəndi olan Tüədo inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. T.Qaraşov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətdə insan amilini önə çəkməsi, vətəndaş-dövlət münasibətlərinə yeni yanaşmanı gətirməsi və məmurlar qarşısında sözügedən istiqamətdə ciddi tələblər qoyması Azərbaycan insanının rifah içində, ədalətli toplumda və demokratik dəyərlərin daha güclü olduğu vətəndaş cəmiyyətində yaşamasına xidmət edir. Onun sözlərinə görə,  vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir. Taleh Qaraşov dövlət başçısı cənab İlham Əliyevin dağ kəndlərinin əhalisinin sosial-iqtisadi problemlərinə daha həssas yanaşılması barədə tapşırığını xatırladaraq bildirib ki, qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir. İcra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikanın ən ucqar ərazilərinin belə inkişafını diqqətdə saxladıqlarını, bu istiqamətdə bütün mümkün imkanların səfərbər olunduğunu vurğulayıb.

    Qəbul-görüşdə qaldırılan və icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.

    Yerli sakinlər də çıxışlarında dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini bildiriblər. Ucqar ərazidə yaşamaqlarına baxmayaraq, gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemlərlə qarşılaşmadıqlarını ifadə ediblər. Bütün bunlara görə isə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını vurğulayıblar.

 

Keçidlər