Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov daha bir ucqar dağ kəndi olan Biləsərdə səyyar qəbul-görüş keçirib

07 iyul 2022 | 15:48

    İyulun 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü ucqar dağ kəndi olan Biləsərdə keçirib. Açıq havada baş tutan səyyar qəbul-görüş torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH başçı Taleh Qaraşov öncəliklə ənənəvi olaraq şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğı və problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verib. Qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu söyləyən İcra başçısı bildirib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, birbaşa dialoqun təşkili dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan tələblərdəndir. T.Qaqaşov qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, habelə aztəminatlı ailələrin qayğı və problemlərinin həlli istiqamətində son dövrlər mütəmadi çoxsaylı addımlar atılır. Bütün bunların Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində mümkün olduğunu vurğulayan İcra başçısı hər zaman həssas təbəqədən olan insanların diqqət mərkəzində saxlanmasının vacibliyindən danışdı. Yerli sakinlər də çıxışlarında rayonun rəhbər şəxslərinin onlarla birbaşa dialoq qurmasından, qaldırılan məsələlərin yerində həll olunmasından, habelə aidiyyəti üzrə müvafiq idarə və müəssisələrə rəsmi şəkildə müraciət olunmasından məmnunluqlarını ifadə etdilər. Ucqar dağ kəndinin sakinləri hər zaman olduğu kimi qaldırılan bütün məsələlərin həll olunacağına inandıqlarını və qlobal ərzaq qıtlığına baxmayaraq bunun gündəlik həyatlarında müşahidə olunmadığını qeyd edərək, bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər