Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov dağ kəndi olan Şovuda növbəti səyyar qəbul-görüşünü keçirib

26 oktyabr 2023 | 12:48

     Oktyabrın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər. İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb və bildirib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə də aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və vətəndaşlara bununla bağlı qanunamüvafiq izahatlar verilib. Taleh Qaraşov dağ kəndlərinin problemlərinin həlli üçün ölkə rəhbərliyin tapşırıqlarına uyğun olaraq davamlı addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial-infrastrukturun daha da təkminləşdirilməsi, kənd təsərrüfatının yerlərdə inkişafı dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. İcra başçısı yerlərdə, xüsusilə dağ kəndlərində məşğulluğun təmin olunması üçün yerli insanların fərdi və ya birgə təsərrüfat qurmalarının önəmindən də danışıb: “Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması, kiçik təsərrüfatların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün dövlət müxtəlif layihələr həyata keçirir və subsidiyalar verir”.

    Taleh Qaraşov dövlətin hər zaman vətəndaşının yanında olduğunu vurğulayıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaşların dinlənilməsi, onların qayğı və problemlərinin öyrənilməsi, qaldırılan məsələlərin həlli üçün mövcud imkanların təhlil olunması və vətəndaşın məmnunluğunun təmin edilməsi şəhər İcra hakimiyyətinin gündəlik fəaliyyət istiqamətlərindəndir.

    Siyabli, Şovu və Təngivan kəndlərinin sakinləri rayon rəhbərliyi ilə birbaşa dialoq mühitinin mövcudluğundan məmnun olduqlarını bildiriblər. Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ucqar dağ kəndlərinin qazlaşdırılmasına, habelə gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemlərlə qarşılaşmadıqlarına görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər