Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov cari ildə Səpnəkəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə 2-ci  səyyar görüş-qəbulunu keçirib

16 noyabr 2023 | 10:23

    Noyabrın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 2023-cü il ərzində Səpnəkəran kənd inzibati ərazi dairəsinə daxil olan Səpnəkəran, Mikolan və Yuxarı Yüvədi kəndlərinin sakinləri ilə ikinci səyyar görüş-qəbulunu keçirib. Səyyar görüş-qəbulda icra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Taleh Qaraşov ötən müddət ərzində qaldırılan məsələlərin icra vəziyyəti, habelə ümumilikdə rayonda görülən işlər barədə yerli insanlara məlumat verib. Icra başçısı bildirib ki, kənd yerlərində sosial-iqtisadi inkişafın təmin olunmasına dövlət xüsusi diqqət göstərir. Bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər barədə danışan Taleh Qaraşov bildirib ki, kənd əhalisinin yaşadığı ərazidə fərdi sahibkarlıqla məşğul olması üçün bütün lazımi şərait var və dövlət kənd təsərrüfatı yönümlü layihələrə dəstək göstərir.

    Kənd sakinləri tərəfindən qaldırılan bütün müraciət və təkliflər diqqətlə dinlənilib, obyektiv qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli ilə bağlı yerindəcə icra başçısı tərəfindən səlahiyyətli şəxslərə göstərişlər verilib, İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırılıb.

    Açıq dialoq mühitində keçən səyyar görüş-qəbulda yerli sakinlər  əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

             

Keçidlər