Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov Birinci Qarabağ müharibəsi əlili Eldəniz Mikayılovun hüzr mərasimində iştirak edib

28 oktyabr 2026 | 16:38

   Oktyabrın 28-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov I Qarabağ müharibəsi əlili Mikayılov Eldəniz Xosrov oğlunun hüzr mərasimində iştirak edib.

   İcra başçısı müharibə əlilinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və bildirib ki, Vətən naminə canını və sağlamlığını fəda etmiş igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı naminə misilsiz qəhrəmanlıqlar göstərərək şanlı bir tarix yazmışlar. Onların bizə əmanət qoyub getdikləri ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin ən müqəddəs mənəvi borcudur.

    Müharibə əlilinin ailə üzvləri göstərilən dərin ehtiramı yüksək qiymətləndiriblər, onlardan diqqət və qayğısını əsirgəməyən ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər.

    Allah rəhmət eləsin!

 

Keçidlər