Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov barama istehsalı ilə məşğul olan yerli fermerin kümxanasında yaradılan şəraitlə tanış olub

19 may 2023 | 12:18

    Dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatının inkişafı qeyri-neft ixracının artması baxımından strateji əhəmiyyətə malikdir. Son dövrlər kənd təsərrüfatının dayanıqlı inkişafında baramaçılıq və ipəkçilik xüsusi rola sahibdir. Lənkəran rayonu da qədim ənənələrin davam etdirilməsi və baramaçılığın inkişafı istiqamətində bütün potensial imkanlarını səfərbər edib, məhz bu gərgin və məhsuldar əməyin nəticəsidir ki, ötən il respublika üzrə ən yüksək nəticəni göstərən kümçü Lənkəran ərazisindən olub. Cari ildə də rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində 41 kümçüyə ümumilikdə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanılması təmin edilib  və  kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici tədbirlər keçirilib. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə 2022-ci ildə Lənkəran rayonunda 8000 yerli şəraitə uyğunlaşdırılmış tut (çəkil) tinglərinin kümçülük təsərrüfatlarında və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin torpaq sahələrində əkini təmin edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mayın 18-də barama istehsalı ilə məşğul olan yerli fermerin kümxanasına baş çəkib, ipək qurdunun yetişdirilməsi ilə yerində tanış olub.  Istisu qəsəbəsində fəaliyyət göstərən “Yaşılçay” MMC-nin rəhbəri Araz Yaqubov icra başçısına kümxanada yetişdirilən barama növü və onların saxlanılması barədə məlumat verib. Sahibkar bildirib ki, bu il məhsuldarlıq öncəki dövrlərə nisbətən daha çox olacaq ki, bunun əsas səbəblərindən biri yem bazasının formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, yerli şəraitə uyğunlaşdırılmış tinglər əsasında salınan çəkil bağları baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verir.

     Daha sonra Taleh Qaraşov ərazidəki çay plantasiyasına baxış keçirib, müxtəlif çay növlərinin istehsalı ilə maraqlanıb və yaradılan şəraitlə tanış olub. İcra başçısı cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  yerlərdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərildiyini ifadə edib. Bildirilib ki, sahibkarlığın inkişafı yerlərdə işsizliyin minimuma endirilməsində xüsusi önəmə sahib olmaqla yanaşı, Lənkəran çayının dünyaya tanıdılmasında, turizmin inkişafında da önəmli rola malikdir.

Keçidlər