Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov Avropa çempionu Elmin Əliyevi və məşqçisi Alı Ağayevi qəbul edib

01 may 2026 | 16:05

  Mayın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Əliyev Elmini  və məşqçisi Ağayev Alını qəbul edib.

  Lənkəran ŞİH başçısı Elmin Əliyevə Dövlət Bayrağımızı idman arenalarında ucaltdığına, Dövlət Himnimizi səsləndirdiyinə və ölkəmizi laiqincə təmsil etdiyinə görə təşəkkür edib. İcra başçısı ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi üçün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıb, idmanın inkişafı və idmançılara olan qayğının ən yüksək səviyyədə olduğunu bildirib, peşəkar idmançıların yetişməsi üçün bütün lazımi şəraitin yaradıldığını, onların tam qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

  Avropa çempionu Elmin Əliyev və məşqçisi Alı Ağayev də öz növbəsində idmançılarımızın fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildiriblər və dövlət tərəfindən fəaliyyətlərinə verilən yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Keçidlər