Taleh Qaraşov Aşura günü şəhid ailələrinin üzvləri ilə birgə şəhidlərimizin məzarlarını ziyarət edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Hicri-qəməri təqvimi ilə məhərrəm ayının Aşura gününü torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin şəhərin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət edib.
Taleh Qaraşov, icra aparatının məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinin üzvləri ilə birgə Vətən övladlarının məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar. İcra başçısı şəhid ailələri ilə söhbət edib və onların qayğıları ilə maraqlanıb. Rayonun digər yaşayış məntəqələrindəki şəhidlərin məzarları da icra hakimiyyəti aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.