Taleh Qaraşov antiterror əməliyyatları zamanı şəhid olan Yusif Xəlilovun məzarını ziyarət edib
19 sentyabr 2026 | 11:19
Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Xəlilov Yusif Məmmədrza oğlunun anım günüdür.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, şəhidin məzarı önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
İcra başçısı şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və ehtiyacları ilə maraqlanıb, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Şəhidin yaxınları da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





