Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov antiterror əməliyyatları zamanı şəhid olan Yusif Xəlilovun 40 mərasimində iştirak edib

13 noyabr 2023 | 16:24

    Noyabrın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 19-20 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Viravul kənd sakini, Xəlilov Yusif Məmmədrza oğlunun 40 mərasimində iştirak ediblər.

    İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. Taleh Qaraşov dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin yanında olduğunu qeyd edib, şəhidlərimiz sayəsində torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam bərpa edildiyini vurğulayıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən həssas münasibət və xüsusi qayğıdan razı qaldıqlarını ifadə edib, bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

     Allah rəhmət eləsin

 

Keçidlər