Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov antiterror əməliyyatları nəticəsində şəhid olmuş Yusif Xəlilovun ildönümü mərasimində iştirak edib

19 sentyabr 2024 | 16:12

  Sentyabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan lənkəranlı hərbiçimiz Xəlilov Yusif Məmmədrza oğlunun ildönümü mərasimində iştirak ediblər.

  Şəhidimizin Viravul kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub. İcra başçı şəhidin yaxınları ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanlarında olduğunu bir daha vurğulayıb.

  Şəhid yaxınları da öz növbəsində göstərilən həssas yanaşma və diqqətə görə təşəkkür edib, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  Qeyd edək ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

   Allah rəhmət eləsin!

 

 

 

Keçidlər