Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüşüb

19 yanvar 2024 | 17:41

   Yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzləri və əlilləri ilə görüş keçirib. Görüşdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İcra başçısı bildirib ki, 20 Yanvar faciəsindən 34 il keçsə də, xalqımız və dövlətimiz bu günü eyni ağrı-acı ilə qeyd edir, şəhidlərimizin xatirəsini daim uca tutur. Taleh Qaraşov sözügedən faciəyə hələ də bir çox beynəlxalq qurumların lazımi siyasi-hüquqi qiymət vermədiyini qeyd edib. Onun sözlərinə görə, Bakıda və ölkənin digər şəhər və rayonlarında Sövet Ordusu tərəfindən törədilən qırğınlara ilk siyasi-hüquqi qiyməti məhz Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” - fikirlərini xatırladan icra başçısı onun dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olduğunu və bunun nəticəsində həqiqətlərin üzə çıxdığını vurğulayıb. Taleh Qaraşov bildirib ki, ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə olan diqqət və qayğı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Onun sözlərinə görə, 20 Yanvar faciəsi zamanı xalqın göstərdiyi əzm, fədakarlıq və milli azadlıq eşqi Vətən müharibəsindəki Zəfərimizin qazanılmasında xüsusi əhəmiyyətə malik olub. “Xalqımız və dövlətimiz heç zaman şəhidlərini unutmayıb və hər zaman onların əmanətlərinə sahib çıxıb” deyən Taleh Qaraşov milli ruhun, milli özünüdərkin və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi sayəsində xalqımızın “Dəmir Yumruq” ətrafında birləşərək qələbə qazandığını ifadə edib.

   Daha sonra icra başçısı 20 Yanvar şəhid ailələrinin və əlillərinin qayğı və istəklərini dinləyib, dövlətimizin hər zaman onların yanlarında olduğunu vurğulayıb, görüş sonunda onlara maddi yardım göstərilib.

    20 Yanvar şəhid ailələrinin üzvləri və əlilləri onlara göstərilən diqqətdən razılıqlarını ifadə ediblər. Bildirilib ki, dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehrivan xanım Əliyevanın göstərişinə uyğun olaraq onların sosial-iqtisadi vəziyyətləri nəzarətdə saxlanılır, eyni zamanda, şəhid adlarının əbədiləşdirilməsi, habelə anım və xatirə günlərinin keçirilməsinə xüsusi həssaslıqla yanaşılır. 20 Yanvar şəhid ailələrinin üzvləri və əlilləri bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər