Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Sürətli idman avtomobillərinin Bakıdan start götürən yürüşü Lənkəranda yekunlaşıb

12 iyun 2023 | 10:29

  İyunun 10-da Bakıda Heydər Əliyev Mərkəzinin qarşısından start götürən sürətli idman avtomobillərinin yürüşü Lənkəranda yekunlaşıb. Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkil etdiyi Bakı-Lənkəran marşurutu üzrə yürüşün iştirakçıları Lənkəran şəhər Heydər Əliyev xatirə parkında təşkil olunan “Avropa Şəhərciyi”nə baxış keçiriblər. Prezidentin köməkçisi, AAF-nin prezidenti Anar Ələkbərovun da qatıldığı yürüşün iştirakçıları “Avropa Şəhərciyi”ndə quraşdırılmış çadırlarda xüsusi stendlər vasitəsi ilə Aİ-nın Azərbaycandakı mövcud fəaliyyətini nümayiş etdirən və Aİ-na üzv dövlətlərin mədəniyyət və adət-ənənələrini təbliğ edən təqdimatlarla tanış olublar.

  Daha sonra avtomobil həvəskarları üçün şəhərin dəmiryolu vağzalı ərazisində drift-şou keçirilib. Böyük marağa səbəb olan drift-şounu Lənkəran sakinləri, eləcə də şəhərimizin qonaqları həyəcanla izləyiblər.

  Qeyd edək ki, yürüş proqramı çərçivəsində O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edilib, Spring otelin avto parkında tədbir təşkil olunub və “Yaşıl Çay” fermer təsərrüfatına baxış keçirilib.

Keçidlər