Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şıxakəran kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qaldılar

26 aprel 2023 | 14:56

    Ali siyasi rəhbərliyin göstərişinə uyğun olaraq vətəndaşla dövlət arasındakı qarşılıqlı etimadın və inamın davamlılığını təmin etməkdən ötrü yerlərdə səyyar qəbul-görüşlər davam etdirlir. Aprelin 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şıxakəran kənd inzibati ərazi dairəsinin vətəndaşları ilə keçirdiyi görüş də insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyıb. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

    Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. İcra başçısı cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladaraq qeyd edib ki, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir.

     Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Şıxakəran kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər.

     Şıxakəran kəndinin sakinləri çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını vurğulayıblar.

 

Keçidlər