Şiləvar bələdiyyəsi tərəfindən Şiləvar-Digah yolunun 1.5 km-lik hissəsində cari təmir işləri aparılıb
Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin aparılması, ərazinin təmiz və səliqəli saxlanılması şəhər İcra hakimiyyətinin gündəlik fəaliyyət istiqamətlərindəndir.
Novruz bayramının gəlişi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Şiləvar bələdiyyəsi tərəfindən kənddaxili yollarda cari təmir işləri aparılıb.
Xalqımızın ən qədim və sevilən bayramlarından biri olan Novruz bayramında insanların təhlükəsiz və rahat hərəkətini təmin etmək, bayram əhval-ruhiyyəsini daha da yüksəltmək istiqamətində atılan addımlar çərçivəsində Şiləvar bələdiyyəsinin daxili imkanları hesabına 3 km-lik Şiləvar-Digah yolunun təmirə ehtiyacı olan 1.5 km-lik hissəsində cari təmir işləri aparılıb, yollara qum-çınqıl sərilib, hamarlanıb.
Qeyd edək ki, sözügedən 3 km-lik yolun əsaslı təmiri Dövlət İnvestisiya Proqramına daxil edilib və təmiri nəzərdə tutulub.
Digah-Şiləvar sakinləri tərəfindən görülən işlər məmnuniyyətlə qarşılanır və dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.





