Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhidlərimiz Həbibi Şəhriyarın və Həbibov Arazın doğum günündə məzarları ziyarət olunub

20 yanvar 2023 | 10:41

   Yanvarın 19-da Vətən müharibəsi şəhidləri Həbibi Şəhriyar Vidadi oğlunun və Həbibov Araz Namiq oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailələrini ziyarət edib, qəhrəman övladlarımızın məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

   Şəhid Şəhriyar Həbibi ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

   Şəhid Araz Həbibov da torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

   Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər