Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhidlərimiz Aqşin İbadov, Ehtiram Hüseynli və Emil Şıxəlizadənin məzarları ziyarət olunub

21 oktyabr 2022 | 17:22

    Oktyabrın 21-də Vətən müharibəsi şəhidlərimiz mayor İbadov Aqşin Nazim oğlunun, baş leytenant Hüseynli Etiram Həsən oğlunun və Şıxəlizadə Emil Şahin oğlunun anım günü keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhid ailələrin üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Boladi kəndinin,Gərmətük qəsəbəsinin və Lənkəran şəhər, Kiçik Bazar qəbiristanlıqlarında dəfn olunan bütün şəhidlərimizin məzarları ziyarət edilib. Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın qəbirləri üzərinə tər güllər düzülüb və ruhlarına dualar olunub. İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə yaxından maraqlanıb və onların qayğılarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, 30 illik torpaq həsrətinə son qoyan, ərazi bütövlüyümüzü təmin edən və suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin  xatirəsinin əziz tutulması dövlətin ali siyasi rəhbərliyinin birbaşa nəzarətindədir. “Qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur” deyən icra başçısı bildirib ki,  44 günlük haqq savaşında xalq olaraq göstərdiyimiz birliyi bu gün şəhidlərimizə qarşı diqqət və qayğıda, onların anım mərasimlərində də göstərməyə davam edirik.

    Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov oktyabrın 21-də şəhid mayor Aqşin İbadovun ev muzeyinin açılışında da iştirak edib.

      Mayor Aqşin İbadov hərbi xidmətdəki nümunəvi və qüsursuz xidmətinə görə sağlığında dövlət başçımızın müvafiq sərəncamları ilə III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", III dərəcəli "Qüsursuz xidmətə görə" və  II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına laiq görülüb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə isə A.İbadov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni,  "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

    Baş leytenant E.Hüseynli döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Ali Baş Komandan İlham Əliyev tərəfindən  "Vətən uğrunda", “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

     Şəhidimiz Emil Şıxəlizadə “Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

            Allah rəhmət eləsin!

 

Keçidlər