Şəhid Xəyal Əhədzadənin doğum günündə məzarı ziyarət olunub
Avqustun 21-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Vətən müharibəsi iştirakçısı Əhədzadə Xəyal Əlövsət oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Şəhid Xəyal Əhədzadə haqq savaşımızda göstərdiyi cəsarətinə və şücaətinə Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları, Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlığa görə isə ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!