Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Vüsal Quliyevin doğum günündə məzarı ziyarət olunub

05 iyun 2023 | 18:18
     İyunun 5-də Vətən müharibəsi şəhidi Quliyev Vüsal Tahir oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Qeyd edək ki, şəhid Vüsal Quliyevin doğum günü ilə bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində də tədbir keçirilib.
      Suqovuşan döyüşləri zamanı şəhid olan kapitan Vüsal Quliyev hələ sağlığında dövlət başçısının sərəncamları ilə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarına laiq görülüb.
     Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə V.Quliyev ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
      Allah rəhmət eləsin!
Keçidlər