Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Vüsal Kazımovun xatirəsinə həsr olunan tədbir keçirilib

28 noyabr 2023 | 18:03

    Noyabrın 28-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid Vüsal Kazımovun xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və müharibə iştirakçıları, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.

     Torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın müdafiəsi, sərhədlərimizin bərpası və qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsindən sonra tədbirin rəsmi hissəsi başlayıb.

    Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin əziz tutulması və keçdikləri örnək döyüş yollarının gələcək nəsillərə davamlı şəkildə təbliğ olunması dövlətin prioritet məsələlərindən biridir. Vətən müharibəsində lənkəranlı gənclərin xüsusi əzm və cəsarətlə döyüşdüyünü, düşmənin hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf etdiklərini vurğulayan icra başçısı Vətənin yalnız müəyyən sərhədlər daxilində coğrafi məkan olmadığını, onun xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq olduğunu ifadə edib. “Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayanlardır” deyən Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması daha çox mənəvi məsələdir. Bildirilib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi daim cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

    Daha sonra şəhidin həyat yoldaşı Aysel Kazımova və şəhid atası Kamran Kazımov çıxış ediblər. Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq tam şəkildə dövlətin qayğısı ilə əhatə olunduqlarını, bütün müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını vurğulayıblar, buna görə onlara təşəkkürlərini ifadə ediblər.

   Çıxışlardan sonra Çinarə Ömürayın şəhidimizin həyatından bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub.

Keçidlər