Şəhid Ülfət Babazadənin anım günüdür
20 noyabr 2025 | 11:46
Noyabrın 20-də Vətən müharibəsi şəhidi Babazadə Ülfət Qabil oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı aparatının və ictimaiyyətin nümayəndələri şəhidin Daştatük kənd qəbiristanlığındakı qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.
Şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanılıb.
Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!





