Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Tural Hümmətovun doğum günündə məzarı ziyarət olunub

07 aprel 2023 | 17:10

    Aprelin 7-də Vətən müharibəsi şəhidi Hümmətov Tural  Rövşən oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Qeyd edək ki, Lənkəran Mədəniyyət Mərkəzində də şəhidin doğum günü ilə bağlı xatirə tədbiri keçirilib.

    Şəhid T.Hümmətov Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

     Allah rəhmət eləsin!

 

 

Keçidlər