Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Teymur Gənciyev küçəsinə yeni asfalt örtüyü döşənib

03 oktyabr 2023 | 11:37

    Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması,  yollara yeni asfalt örtüyünün döşənməsi istiqamətində daha bir addım atılıb. Belə ki, Liman şəhər şəhid Teymur Gənciyev küçəsinə 1500 kv.m əraziyə yeni isti asfalt örtüyü döşənib.

  Qeyd edək ki, rayonun sosial-iqtisadi inkişafına dair Tədbirlə Planına əsasən son günlərdə ilkin mərhələdə artıq Lənkəran şəhərinin 12 küçəsi asfaltlanıb. Şəhərin təmirə ehtiyacı olan küçələrinin siyahısı müəyyənləşdirilib, il sonunadək davam edəcək növbəti mərhələdə büdcədən ayrılmış vəsaitə uyğun olaraq daha bir neçə küçənin asfaltlanması nəzərdə tutulur.

  Liman şəhər sakinləri yeni asfalt örtüyünün salınmasına, şəhidlərimizə olan diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər