Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Taleh İsmayılovun doğum günü ilə bağlı tədbir keçirilib

27 noyabr 2023 | 09:15
    Noyabrın 26-da şəhid İsmayılov Taleh Səndəl oğlunun doğum günüdür. Şəhidin doğum günü ilə bağlı Lənkəran şəhər Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH-ni icra aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə təmsil edib. Şöbə müdiri bildirib ki, şəhər İcra hakimiyyəti hər zaman cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhidlərin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır, hər zaman onların yanındadır. R.Baxşızadə şəhidin övladlarının hər zaman qəhrəman ataları ilə fəxr edəcəklərini vurğulayıb.
    Şəhidin oğlu Murad İsmayılov atası ilə qürur duyduğunu və hər zaman onun adına laiq vətənpərvər olacağını bildirib. Tədbirdə şəhidin həyatından bəhs edən videoçarx nümayiş etdirilib və məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.
Keçidlər