Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Sənan Ağazadənin anım mərasimi keçirilib

14 oktyabr 2022 | 15:52

   Oktyabrın 14-də Vətən müharibəsi şəhidi Ağazadə Sənan Nizami oğlunun anım mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub. Məzarı önünə gül dəstələri düzülüb, hörmət və ehtiramla anılıb və ruhuna dualar edilib. İcra başçısı şəhidin ailə üzvləri ilə yaxından maraqlanıb, onların ehtiyac və qayğılarını öyrənib. Şəhid valideynləri ilə səmimi söhbət edən Taleh Qaraşov bildirib ki, dövlətimiz və xalqımız var olduqca əziz şəhidlərimizin xatirəsi daim uca tutulacaq və hər zaman hörmətlə anılacaqlar.

    Qeyd edək ki, Sənan Ağazadə ölümündən sonra cənab Prezidentin sərəncamlarına uyğun olaraq "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər