Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Rzazadə Mirməhəmmədəlinin doğum günündə məzarı ziyarət olunub

13 iyul 2023 | 17:21

  İyulun 13-də Vətən müharibəsi şəhidi Rzazadə Mirməhəmmədəli Tərlan oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

  Şəhid Mirməhəmmədəli Rzazadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq "Vətən uğrunda", "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

  Allah rəhmət eləsin!

 

Keçidlər