Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Şəhid Raqim Hadıyev, Zabil İbadzadə və Eşqin Cəfərzadənin anım günündür

05 noyabr 2025 | 12:21

     Noyabrın 5-də Vətən müharibəsi şəhidləri Hadıyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Alazəpin, Ürgə və Darquba kənd qəbiristanlığındakı qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

    Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

     Allah rəhmət eləsin!

Keçidlər