Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Ramid Əliyevin doğum günündə məzarı ziyarət olunub

09 fevral 2023 | 16:13

   Fevralın 9-da Vətən müharibəsi şəhidi Əliyev Ramid Kamal oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Şəhid R.Əliyev Vətən müharibəsində göstərdiyi cəsarətinə, şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

Keçidlər