Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Şəhid Qardaşxan Əhmədlinin məzarı ziyarət edilib

20 dekabr 2025 | 14:59
    Dekabrın 20-də Vətən müharibəsi şəhidi Əhmədli Qardaşxan Elxan oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Osakücə bələdiyyəsinin sədri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Əhmədli Qardaşxan Elxan oğlunun Xəzər rayonu Binə qəsəbə qəbristanlığındakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb, ruhuna dualar ediblər.
     Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
     Allah rəhmət eləsin!
Keçidlər