Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Orxan Quluzadənin doğum günündə məzarı ziyarət olunub

29 iyun 2023 | 16:04
     İyunun 29-da Vətən müharibəsi şəhidi Quluzadə Orxan Elxan oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, N saylı hərbi hissənin hərbi qulluqçuları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
    Şəhid Orxan Quluzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Allah rəhmət eləsin!
Keçidlər