Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Orxan Dadaşlının doğum günündə məzarı ziyarət olunub

26 yanvar 2023 | 12:37

   Yanvarın 25-də Vətən müharibəsi şəhidi Dadaşlı Orxan Elxan oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Şəhid O.Dadaşlı Vətən müharibəsində göstərdiyi cəsarətinə, əzmkarlığına görə ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və  “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

    Allah rəhmət eləsin!

 

Keçidlər