Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Mehman Şirvanovun doğum günündə məzarı ziyarət olunub

24 fevral 2023 | 17:52

    Fevralın 24-də Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman Vətən övladının məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

   Şəhid M.Şirvanov II Qarabağ müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Qarabağ” ordeni, ”Vətən uğrunda”, “İgidliyə görə”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

 

 

Keçidlər