Şəhid Kənan Axundzadənin doğum günündə məzarı ziyarət olunub
Avqustun 2-də Vətən müharibəsi şəhidi Axundzadə Kənan Hamil oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Qeyd edək ki, şəhər İcra hakimiyyətinin rəsmiləri eyni gündə şəhid Kənan Axundzadənin adını daşıyan şirniyat sexinin açılışında da iştirak ediblər.
Şəhid Kənan Axundzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!