Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Kamran Səmədov və Ülfət Babazadənin doğum günündə məzarları ziyarət olunub

28 fevral 2023 | 15:21

    Fevralın 28-də Vətən müharibəsi şəhidləri Səmədov Kamran Ceyhun oğlunun və Babazadə Ülfət Qabil oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailələrinə baş çəkib, qəhrəman övladlarımızın məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

   Şəhid K.Səmədov Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

   Şəhid Ü.Babazadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

   Allah rəhmət eləsin!

Keçidlər