Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid İqbal Bayramovun doğum günündə məzarı ziyarət olunub

04 iyul 2023 | 15:50

    İyulun 4-də Vətən müharibəsi şəhidi mayor Bayramov İqbal Əhmədağa  oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

   Qeyd edək ki, mayor İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusnun 100 illiyi” yubiley medallarına laiq görülüb. Vətən müharibəsindəki qəhrəmanlığına görə də şəhidimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

Keçidlər