Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Elməddin Məmmədlinin doğum günündə məzarları ziyarət olunub

27 aprel 2023 | 10:33

     Aprelin 26-da Vətən müharibəsi şəhidi Məmmədli Elməddin Ələddin oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid valideynləri, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Şəhid E.Məmmədli Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib. 

     Allah rəhmət eləsin!

Keçidlər