Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Əbülhəsən Həsənzadənin doğum günündə məzarı ziyarət olunub

21 avqust 2023 | 10:07

    Avqustun 20-də Vətən müharibəsi şəhidi Həsənzadə Əbülhəsən Mirzə oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Şəhid Əbülhəsən Həsənzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

 

Keçidlər