Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid baş leytenant Elmar İbayevin doğum günündə məzarı ziyarət edilib

30 yanvar 2023 | 12:14

    Yanvarın 29-da Vətən müharibəsi şəhidi baş leytenant İbayev Elmar Hikmət oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.                                       

    Şəhid baş leytenant E.İbayev Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

Keçidlər