Şəhid Aqşin İbadovun doğum günündə məzarı ziyarət olunub
Avqustun 24-də Vətən müharibəsi şəhidi İbadov Aqşin Nazim oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Şəhid mayor Aqşin İbadov hərbi xidmətdəki nümunəvi və qüsursuz xidmətinə görə sağlığında dövlət başçımızın müvafiq sərəncamları ilə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, III dərəcəli "Qüsursuz xidmətə görə" və II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medallarına laiq görülüb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə isə A.İbadov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!