Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Afərin Qulamzadənin doğum günündə məzarı ziyarət olunub

13 iyul 2023 | 15:32

  İyulun 13-də Vətən müharibəsi şəhidi Qulamzadə Afərin Müqəddəs oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

 Şəhid Afərin Qulamzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

  Allah rəhmət eləsin!

 

Keçidlər