Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhərin Vaqif Hüseynov, Tofiq İsmayılov döngə 3 və Şahin Məmmədov küçələrinə də asfalt örtüyü döşənib

30 sentyabr 2023 | 09:44
   Lənkəran şəhərinin sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq cari ildə şəhərin küçələrinin asfaltlanması davam etdirilir. Artıq şəhərin bir neçə küçəsinə asfalt örtüyünün döşənməsi tamamlanıb. Bu istiqamətdə növbəti küçələr V.Hüseynov, Tofiq İsmayılov döngə 3 və Ş.Məmmədov küçələri olub. Hazırda şəhərin Şəhidlər Xiyabanı döngə 3, Tofiq İsmayılov döngə 2 və Vaqif Məmmədov küçələrinin asfaltlanmasına hazırlıq işləri aparılır, hava şəraitindən asılı olaraq küçələrin asfaltlanma işləri tamamlanacaqdır.
   Yerli sakinlər yaşayış məntəqələrinə yeni asfalt örtüyünün döşənməsinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər