Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhərin Hənifə Abdullayev küçəsinin təmirinə başlanılıb

16 iyun 2023 | 09:10
   Lənkəran şəhərində yol infrastrukturunun, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi cari ildə də davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti şəhərin təmirə ehtiyacı olan küçələrinin asfaltlanması istiqamətində bütün zəruri addımları atır, məsələni daim diqqətdə saxlayır. Şəhərin Hənifə Abdullayev küçəsindəki yolda baş vermiş deformasiyanın təmirinə artıq başlanılıb. Qeyd edək ki, tenderdə qalib gəlib asfaltlanma işlərini həyata keçirən şirkət tərəfindən sözügedən yol əsaslı təmir edilir.
   Məlumat üçün bildiririk ki, yaxın vaxtlarda dövlət vəsaiti hesabına şəhərdə bir neçə küçənin asfaltlanması da həyata keçirləcəkdir. Bir daha qeyd edirik ki, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq növbəlilik əsasında davam etdirilir.
Keçidlər