Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhərin daha iki küçəsi-Əliağa Vahid və Mirzə Fətəli Axundov küçələri asfaltlanıb

29 sentyabr 2023 | 16:03

     Lənkəran şəhərində yeni yolların salınması cari ildə də davam etdirilir. Artıq bir neçə küçənin asfaltlanma işləri yekunlaşıb və Tədbirlər Planına uyğun olaraq işlər il sonunadək davam etdiriləcək. Kələntərlilər, Mirsalayev küçələrindən sonra Əliağa Vahid və Mirzə Fətəli Axundov küçələrininə asfalt örtüyü döşənib. Hazırda şəhərin V.Hüseynov və Ş.Məmmədov küçələrinin asfaltlanmasına hazırlıq işləri aparılır, gün ərzində küçələrin asfaltlanmasına başlanılacaq.

    Yeni asfalt yolunun çəkilişinə görə yerli sakinlər dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər