Şəhərin daha bir küçəsinə- Qala Xiyabanı küçəsinə yeni asfalt örtüyü döşənir
17 iyun 2023 | 09:14
Yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi Lənkəran rayonunda cari ildə də dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq davam etdirilir. Qeyd edək ki, təmirə ehtiyacı olan şəhərdaxili yolların əsaslı təmiri Lənkəran şəhərinin sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına daxil edilib. Hənifə Abdullayev küçəsinin ardından artıq şəhərin Qala Xiyabanı küçəsinin də təmirinə başlanılıb. Bildiririk ki, yaxın vaxtlarda dövlət vəsaiti hesabına şəhərdə bir neçə küçənin növbəlilik əsasında asfaltlanması həyata keçirləcək.