Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Rvo kənd inzibati ərazi dairəsinin sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razı qalıblar

26 sentyabr 2023 | 18:00

     Sentyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Rvo kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

   Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüşdə Lənkəran ŞİH-nin başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarəti altındadır.

   T.Qaraşov yerli sakinlərin istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib. İcra başçısı son günlərdə erməni terrorçuları tərəfindən törədilən təxribatlara cavab olaraq Müzəffər Ordumuzun həyata keçirdiyi antiterror tədbirləri barədə yerli insanları məlumatlandırıb. Bildirilib ki, cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi və siyasi iradəsi nəticəsində Azərbaycan növbəti dəfə erməni terrorçuların başını əzdi və Dəmir Yumruğun yerində olduğunu bir daha onlara xatırlatdı: ”Antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu, xunta rejimi ləğv olundu, konstitusiya quruluşumuz bərpa edildi. Bütün bunlar qəhrəman övladlarımızın canı və qanı bahasına reallaşdı. Lənkərandan da şəhidlər verdik, Allah şəhidlərimizi rəhmət eləsin. Biz onları hər zaman ehtiram və hörmətlə anaraq əziz xatirələrini uca tutacağıq, bu, bizim vətəndaşlıq borcumuzdur”.

    Taleh Qaraşov cəmiyyətimizin şəhidlərə və şəhid ailələrinə həssaslıqla yanaşdığını vurğulayıb və qeyd edib ki, sözügedən məsələ dövlətin ali rəhbərliyinin birbaşa nəzarətindədir. Vurğulanıb ki, dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə diqqət və qayğının göstərilməsi ilə bağlı məsələni daim şəxsi nəzarətlərində saxlayırlar.

  Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Rvo, Mollakənd və Əşlə  kəndlərinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə və onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

  Kənd sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın hər bir fərdinin qayğılarına doğmalıqla yanaşdıqlarına görə onlara səmimi minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

Keçidlər