Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Prezident İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Nizami Hüseynova medal təqdim olundu

25 noyabr 2022 | 17:44
 
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Nizami Məsi oğluna noyabrın 25-də növbəti aparat müşavirəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən medal təqdim edildi. Taleh Qaraşov bildirdi ki, dövlət qulluqçusunun medala layiq görülməsi cənab Prezidentin onların fəaliyyətinə verdiyi yüksək dəyərdir. İcra başçısı N.Hüseynova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Lənkəran ŞİH-nin başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Hüseynov dövlət başçısının onun fəaliyyətinə verdiyi yüksək dəyərə görə minnətdarlığını ifadə edib.
Lənkəran ŞİH-nin kollektivi də həmkarımızı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər