Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Osakücə kənd inzibati ərazinin sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razı qalıblar

08 sentyabr 2023 | 11:17

    Vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, qaldırılan məsələlərin həllinə yönəlik addımların atılması istiqamətində yerlərdə keçirilən səyyar qəbul-görüşlər xüsusi önəmə malikdir. Təqvim planına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 7-də Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradıldığı səyyar görüşdə  Lənkəran ŞİH-nin başçısı ötən dövr ərzində ərazi üzrə qaldırılan məsələlərin həlli ilə bağlı sakinlərə məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ünvanlanıb və vətəndaşlar bu barədə məlumatlandırılıblar. Ölkədəki sosial-iqtisadi inkişaf barədə danışan Taleh Qaraşov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində  bu istiqamətdə inkişaf dinamikası qorunub saxlanılıb.

     Qəbul-görüşdə iştirak edən Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri onları narahat edən ümumi, habelə şəxsi problemlərini birbaşa icra başçısına söyləyə bildiklərinə, onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə minnətdarlıqlarını vurğulayıblar. Yerli insanlar dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yerlərdə bütün sahələr üzrə vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş-məmur münasibətlərindəki yeni mühitin formalaşması istiqamətindəki səylərinə görə onlara səmimi minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

Keçidlər