Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Milli Qəhrəman Əsgər Əliyevin anım günündə abidəsi ziyarət edilib

17 mart 2023 | 17:36

Dövlətin ərazi bütövlüyü, suveren hüquqlarımızın bərpası, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulması daim diqqət mərkəzindədir. Martın 17-də 1995-ci il mart hadisələri zamanı qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin xatirəsi Lənkəran şəhərində onun adını daşıyan mədəniyyət və istirahət parkında anılıb. Anım günündə Milli Qəhrəmanın abidəsi Lənkəran ŞİH başçısının aparatının məsul şəxsləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimai birliklərin və şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub, önünə tər güllər düzülüb, ona olan hörmət və ehtiram bir daha
ifadə edilib. Vurğulanıb ki, hər zaman bu torpaq uğrunda canını fəda edən insanların adlarının əbədiləşdirilməsi, onların daim yad olunması dövlətimizin diqqət mərkəzindədir. Qeyd olunub ki, dövlət və dövlətçiliyimizin müdafiəsi uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsi mənəvi borcumuzdur.
Milli Qəhrəmanın atası Ələkbər Əliyev də ən ali səviyyədə şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Bildirilib ki, dövlət hər zaman onların yanında olub, bütün problem və qayğıları daim diqqətdə saxlanılıb. Milli Qəhrəmanın atası bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb

Keçidlər